
Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib.
Gununsesi.info xəbər verir ki, Zelenski bununla bağlı açıqlamasında bildirib: “Lütfən, hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqları aparmazdan əvvəl gəlin burada insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”.
Zelenski əlavə edib ki, Tramp Ukraynaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin “ölkəyə nə etdiyini” başa düşəcək.