Ağ Ev: 130 ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib

  • By Günel
  • 13 Aprel 2025 18:25

ABŞ ilə əlaqə saxlayan və tariflərlə bağlı danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hassett CNN telekanalına müsahibəsində məlumat verib.

“Hazırda 130 ölkə bizimlə əlaqə saxlayıb və biz onlarla danışıqlar aparırıq”, – o bildirib.

Hassett əlavə edib ki, ABŞ bu ölkələr üçün idxal rüsumlarını 10%-ə endirib.

Bundan əvvəl Amerika administrasiyasının nümayəndələri Vaşinqtonun təxminən 75 ölkə ilə danışıqlar apardığını bildirmişdilər.

Gununsesi.info