Ədalət Partiyası qurultay qərarı verdi

  • By admin
  • 14 Aprel 2025 11:36

Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX Qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib.

Bu barədə Gununsesi.info-ya partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub:”İclasda partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi bəyan olunub”.

 

 

Günay

Gununsesi.info