
Hindistan tərəfindən ekstradisiya tələbi qaldırılan qaçaq zərgər Çoksi 1,8 milyard dollarlıq bank fırıldaqçılığı ilə əlaqədar Belçikada saxlanılıb.
Gununsesi.info ntv.com.tr-yə istinadən xəbər verir ki, hindistanlı zərgər Mehul Çoksinin vəkili təxminən 2 milyard dollarlıq bank fırıldağında ittiham olunan müvəkkilinin Belçikada saxlandığını və Çoksinin həbsinə etiraz edəcəklərini açıqlayıb.
Bildirilib ki, Hindistan hökuməti həbsdən əvvəl Çoksinin ekstradisiyasını tələb edib.
Hindistanın ən böyük banklarından biri olan Punjab National Bank (PNB) Mumbaydakı bir filialında 1,8 milyard dollar dəyərində fırıldaqçılıq aşkar etdiklərini açıqlayıb. Bank milyarder zərgərlər Nirav Modi və Çoksi də daxil olmaqla onlara qarşı Federal Təhqiqat Bürosuna şikayət etmişdi. Hindistan federal polisi Çoksi, Nirav Modi və digər şübhəliləri “fırıldaqçılıq”da ittiham etmişdi. İttihamların bankın böyük itkilərə məruz qalmasına səbəb olan saxta əməliyyatlarla bağlı olduğu bildirilib. Hər iki şübhəli ittihamları rədd edib.
Çokinin vəkili Vijay Aggarwal “Reuters” xəbər agentliyinə bildirib ki, o, xərçəngdən müalicə aldığı və qaçış riski olmadığı üçün müvəkkilinin azadlığa buraxılması üçün müraciət edəcək.
Nirav Modi fırıldaqçılıqlarının təfərrüatları açıqlanmadan əvvəl Hindistandan qaçmışdır. Böyük Britaniyada saxlanılan Modi Hindistana ekstradisiya ilə bağlı müraciəti rədd edilsə də, həbsdə qalmışdır.
Modi Belçikanın “almaz cilalama paytaxtı” Antverpendə böyümüşdü. Çoksi də fırıldaqçılıq iddiaları ortaya çıxana qədər tez-tez oraya ziyarət edirdi.
Mumbaydakı almaz tacirləri Antverpenin Çoksi üçün gizlənməyə ideal yer olacağını vurğulayıblar. Çünki orada əlaqələrinin olacağını və bunun sayəsində sektordakı adlarla ünsiyyət saxlaya biləcəyini bildiriblər.
Günel Həsənova