Prezident Noboa Ekvadorda keçirilən seçkilərin qalibi oldu

  • By Günel
  • 14 Aprel 2025 08:37

Ekvador Milli Seçki Şurası Milli Demokratik Fəaliyyət Partiyasının namizədi Daniel Noboanı prezident seçkilərinin ikinci turunun qalibi elan edib.

Gununsesi.info xəbər verir ki, Noboa seçicilərin 55,92 faizinin dəstəyini qazanıb, onun Vətəndaş İnqilabı Hərəkatından olan rəqibi Luisa Qonzales isə 44,08 faiz səs toplayıb.

Qonzales səslərin yenidən hesablanmasının zəruriliyini bildirərək təqdim olunan məlumatları qəbul etməkdən imtina etdi. O, rəqibini vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırıb və demokratik prinsipləri müdafiə etməyə sadiqliyini vurğulayaraq nəticələrin auditini aparacağını vəd edib.

Gununsesi.info