
Yaponiyada “Dovşan adası” kimi tanınan adada 7 dovşanı döyərək öldürdüyü və ya yaraladığı təsbit edilən müttəhimə şərti həbs cəzası verilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada “Dovşan adası” olaraq da bilinən Okuno adasında yeddi dovşanı öldürdüyü və ya yaraladığı müəyyən edilən müttəhimə 3 il şərti cəza ilə 1 il həbs cəzası verildi.
Yaponiyanın qərbindəki bir adada yeddi dovşanı öldürməkdə və ya yaralamaqda təqsirləndirilən 25 yaşlı Riku Hottanın hökmü bu gün keçirilib.
Xirosima Rayon Məhkəməsi öz qərarında müttəhimi dovşanları təpikləmək və ya ağızlarına qayçı qoymaqla pis rəftar etməkdə təqsirli bilib.
Məhkəmənin hakimi Wataru Şimazaki bu hərəkəti pisləyərək, onu “zərərli” adlandırıb və cavabdehin ittihamları qəbul etdiyini, hərəkətləri barədə düşündüyünü bildirib.
Qeyd edək ki, Okuno adasında 500-ə yaxın yarı vəhşi dovşan yaşayır. Yaponiyanın Ətraf Mühit Nazirliyi son insidentdən sonra adada əlavə təhlükəsizlik kameraları quraşdırmağı düşünür.
Orxan