İsrail blokadası davam edir

  • By Admin2
  • 07 Aprel 2025 13:43

İsrail hökuməti martın 2-dən Qəzzaya yardım axınını əngəlləyir. İfrat sağçı maliyyə naziri Bezalel Smotrich deyib ki, onlar “bir buğda dənəsi belə” Qəzza zolağına girməyə icazə verməyəcəklər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin martın 2-dən yardımı dayandırdığı Qəzzada yaşayan təxminən 2,3 milyon fələstinli aclıqla mübarizə aparır.

Qəzzada çörəkbişirmə müəssisələri yardımların gəlməsinin qarşısının alınmasından sonra un və yanacaq çatışmazlığı səbəbindən bu ayın əvvəlindən ərzaq istehsal edə bilmir.

İsrail mətbuatı ordunun “gələcək həftələrdə” Qəzzaya bəzi humanitar yardımların daxil olmasına icazə verəcəyini iddia edib.

İfrat sağçı nazir Smotriç iştirak etdiyi konfransda İsrail ordusunun bəzi humanitar yardımların Qəzzaya daxil olmasına icazə verəcəyi iddiasına toxunub.

Smotriç xəbərin əksinə olaraq, “Qəzzaya bir buğda dənəsi belə buraxılmayacaq deyib.

Orxan

Gununsesi.info