Qəddar edamdan sağ çıxan yeganə tibb işçisi dedi

  • By Admin2
  • 07 Aprel 2025 13:41

İsrail ordusunun tibb işçilərinə hücumundan sağ çıxan yeganə Münzir Abid yaşadıqlarını izah etdi. Öldürülən dostlarının 3 böyük çuxurda basdırıldığını bildirən Abid onların son nəfəslərini aldığının şahidi olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun ilk yardım və mülki müdafiə işçilərinə hücumundan yeganə sağ qalan Münzir Abid hadisənin təfərrüatlarını və yaşadıqlarını danışıb.

Abid, istifadə etdikləri avtomobillərin üzərində Fələstin Qızıl Ayparasının loqosunun olduğunu, xəbərdarlıq və qəza işıqlarının yandığını bildirib. O, əlavə edib ki, onlar hücum yerinə çatanda maşınlarına qəfildən güclü atəş açılıb.

Atışma başlayanda təcili yardım maşınının arxasındakı xərəyə tərəf üstə uzandığını bildirən Abid, “Dostlarımın bir söz dediyini eşitmədim, yalnız son nəfəslərini aldıqlarını eşitdim. Maşının arxasına üzüstə uzanmamış olsaydım, mən də öləcəkdim” deyib.

Abid bildirib ki, daha sonra İsrail xüsusi təyinatlılarının hərbi geyimli üzvləri təcili yardıma gələrək ivrit dilində danışmağa başlayıblar, lakin o, ivrit dilini bilmədiyi üçün onların söhbətini başa düşə bilməyib.

Əsgərlərin onu maşından necə çıxardıqlarını izah edən Abid, “Dostlarımın başına gələnləri görməyim, yaralı, diri və ya ölü olduqlarını bilməyim üçün əllərimlə başımın üstündə məni yerə yıxdılar” deyib.

Orxan

Gununsesi.info