“Maşın bazarı”nda etiraz - Mağaza sahibləri və işçilər ayağa qalxdı -VİDEO

Paytaxtın Babək prospektində yerləşən “Maşın bazarı”nda mağaza sahibləri və işçilər etiraza qalxıblar.

Gununsesi.info -nun “Unikal”a istinadən əldə etdiyi məlumata görə, onların etirazları hələ də davam edir.
İddia edilib ki, etiraza səbəb qiymət artımlarıdır.
Hələlik bazar rəhbərliyi tərəfindən etirazçıların tələblərinə adekvat cavab verilməyib.