Xətai rayonunda gənc oğlanı avtomobil vurdu

  • By Günel
  • 05 Yanvar 2025 11:52

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Kamran İsmayıl oğlu İbrahimovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (“Report”)