Vaşinqtonda atışma: 5 nəfər yaralandı

ABŞ-nin paytaxtı Vaşinqtonun şimal-şərqində atışma baş verib.

 Gununsesi.info-nun məlumatına görə, bu barədə şəhərin Polis Departamenti bildirib.

Hadisə nəticəsində azı 5 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı xəsarətlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, atışma mübahisə zəminində baş verib.

Araşdırma aparılır.

 

 Gununsesi.info