Ağstafada yol qəzası olub: xəsarət alanlar var

  • By Günel
  • 02 Yanvar 2025 22:56

Ağstafa rayonunun Saloğlu qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, avtomobilin maneəyə çırpılması nəticəsində 2000-ci il təvəllüdlü N.Əliyev və 2008-ci il təvəllüdlü S.Rahimov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(“Report”)

Gununsesi.info