
Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq amerikalı milyarder və sahibkar İlon Maska pedofiliya ilə mübarizədə kömək etməyi təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə nazir İTV telekanalına açıqlamasında bildirib.
“İlon Maskn etdiyi bəzi tənqidlər, fikrimcə, düşüncəsizdir və şübhəsiz ki, səhv məlumatlara əsaslanır, amma İlon Mask ilə əməkdaşlıq etməyə hazırıq. Düşünürəm ki, o, sosial şəbəkəsi vasitəsilə bu problemi həll etməkdə bizə mühüm rol oynaya bilər”– deyə o, əlavə edib.
Qeyd edək ki, Mask Böyük Britaniyanın baş naziri Keir Starmeri prokuror olduğu müddətdə ölkədə baş verən “qızların kütləvi zorlanmasında şərik olmaqda” ittiham etmişdi.
Şəbnəm