Rusiyadan məcburi eniş edən təyyarə barədə açıqlama

  • By Günel
  • 04 Yanvar 2025 20:42

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Şarm əş-Şeyx hava limanı yaxınlığında təcili eniş edən Ural Hava Yollarına məxsus “Airbus A321” təyyarəsinin mühərrikinin nasazlığının səbəblərini araşdıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Havaya qalxdıqdan sonra mühərrikdə nasazlıq yaranıb. Təyyarə hava limanına eniş edib. İstintaqın əsas məqsədi hadisənin səbəblərini müəyyən etmək və gələcəkdə qarşısının alınması üçün tədbirlər görməkdir”, – məlumatda qeyd olunub.

Gununsesi.info