“Pulkovo” hava limanı fəaliyyətini bərpa etdi

Sankt-Peterburqun “Pulkovo” aeroportunda tətbiq edilən müvəqqəti məhdudiyyətlər ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Pulkovo”da bu gün yerli vaxtla 07:45-də tətbiq edilən 3 saatlıq məhdudiyyətlər sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyinin təmin olunması məqsədi daşıyırdı.

Məhdudiyyətin qüvvədə olduğu müddət ərzində 20 təyyarə ehtiyat aerodromlara yönləndirilib.

Gununsesi.info