Ermənistanda Baş Qərargah rəisinin keçmiş müavini həbs edildi

  • By Günel
  • 05 Yanvar 2025 11:46

Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur.

Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.

Gununsesi.info