İkiqat olimpiya mükafatçısı həbs edildi

ABŞ-da 100 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib.

Gununsesi.info “SkySports”a istinadən xəbər verir ki, Kerli onunla əlaqəsi olmayan cinayət işinin araşdırıldığı ərazidəki avtomobilinə yaxınlaşmaq istəyərkən polislər ona kənara çəkilməyi məsləhət görüblər. Ancaq idmançı etiraz edib və bundan sonra polis onu kənara itələyib. Kerliyə qarşı tapança tipli elektroşokerdən istifadə edilib və o saxlanılıb.

İdmançı polis əməkdaşına hücum etmək, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir.