Gürcüstanda aksiyalara qoşulan 25 əcnəbi deportasiya edildi

Gürcüstan 2024-cü ilin noyabr-dekabr aylarında hökumət əleyhinə nümayişlərdə və iğtişaşlarda iştirak etmiş 25 əcnəbini deportasiya edib.

 Gununsesi.info  xəbər verir ki, bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Onlardan 10 nəfərin artıq ölkəni tərk etdiyi qeyd olunub. Deportasiya edilənlərin hansı ölkələrin vətəndaşları olduğu qeyd edilməyib.

Hesabata görə, 2024-cü ilin son iki ayı ərzində ümumilikdə 91 əcnəbi deportasiya edilib. 2024-cü ildə Gürcüstan ümumilikdə 430 xarici ölkə vətəndaşını deportasiya edib.

 

 Gununsesi.info