Bakıda insident törədən idmançılar saxlanıldı - Cinayət işi başlandı

  • By Günel
  • 05 Yanvar 2025 11:39

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Gununsesi.info – ya bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info