Planetin ən yaşlı insanı vəfat edib

Yaponiyanın və planetin ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.

 Gununsesi.info xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, İtuka dekabrın 29-da təbii səbəblərdən dünyasını dəyişib. O, dünyanın ən yaşlı insanı adını 2023-cü ilin dekabrında Yaponiya sakini olan 116 yaşlı Fusa Tatsuminin ölümündən sonra alıb.

Ginnesin Rekordlar Kitabı 2024-cü ilin sentyabrında ona rəsmi olaraq ən yaşlı insan statusunu verib.

Qeyd edək ki, indi dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı İna Kanabarro Lukasdır.

 

 

Şəbnəm

 Gununsesi.info