Rusiyada ağır qəza: beş nəfər öldü

  • By Günel
  • 04 Yanvar 2025 20:06

Rusiyanın Orenburq vilayətinin Perevolosk rayonunda ağır qəza baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“M-5 “Ural” yolunun 361-ci kilometrində Orenburqa gedən yolda iki minik avtomobilinin (“Toyota”, “Şkoda Fabia”) və “Skania” yük maşınının toqquşması barədə məlumat daxil olub. Qəza nəticəsində beş nəfər həlak olub”, – məlumatda qeyd olunub.

Gununsesi.info