ABŞ-dan bu ölkəyə 8 milyardlıq silah satışı… - KİV

ABŞ-da Bayden administrasiyası İsrailə 8 milyard dollar dəyərində silah paketi satmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti, məsələ ilə bağlı Konqresə qeyri-rəsmi məlumat verib.

Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiq edilməli olan silah satışına İsraili hava təhdidlərindən qoruyacaq döyüş təyyarələri üçün “hava-hava” (AMRAAM) tipli raketlər daxildir.

Bundan əlavə, hərbi paketə artilleriya mərmiləri və “Hellfire AGM-114” raketləri, həmçinin kiçik diametrli bombalar, “JDAM” dəqiq idarəedici dəsti olan hava bombaları və qoruyucular daxil ola bilər.

Nəşr yazır ki, sövdələşmə İsrailin təhlükəsizliyinə uzunmüddətli dəstək vermək üçün hazırlanıb. Bəzi silahların birbaşa Pentaqonun anbarlarından İsrailə ötürüləcəyi gözlənilsə də, əksər silahların çatdırılması bir il və ya daha çox vaxt aparacaq.

Gununsesi.info