Rəsmiyyə Əliyeva: "Hökumənin əlindən tutub təyyarəyə aparmışam" - VİDEO

  • By Günel
  • 04 Yanvar 2025 23:39

Aktau yaxınlığında təyyarə qəzasında həlak olmuş Milli Qəhrəman Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində yas mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, təyyarə bələdçisi H.Əliyevanın yas mərasiminin 7-ci günündə iştirak edənlər arasında onun keçmiş həmkarları da olublar.

Onlardan biri Rəsmiyyə Əliyeva Hökumə Əliyeva barədə xatirələrini bölüşüb. AZAL-ın əməkdaşı deyib: “Hökumə AZAL-a gələndə mən onun əlindən tutub təyyarəyə aparmışam. Təyyarə ilə tanış etmişəm. Qəza xəbərini eşidəndə çox məyus olduq”.

Ətraflı Baku TV-nin süjetində: