Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzada döyüşlər başlayandan bəri İsrail ordusu tərəfindən 45.700-dən çox fələstinlinin həyatına son qoyulub.

 Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 2023-cü ilin oktyabr ayından Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 45 717 nəfərə, yaralıların sayı isə 108 856 nəfərə çatıb.

Departament qeyd edib ki, son 24 saat ərzində anklavda İsrailin atəşi nəticəsində 59 fələstinli ölüb, daha 273 nəfər yaralanıb.

 

Günel

 Gununsesi.info