Balakəndə ev yandı

Balakən rayonunun Hənifə kəndində yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info