
Bu ilin aprel ayından etibarən İspaniya hökuməti investisiya müqabilində yaşayış icazəsi olan “qızıl viza” vermək praktikasını dayandırır.
Gununsesi.info xəbər verir ki, bu barədə“Resmi State Gazette”də deyilir.
Bildirilir ki, yeni müddəanın qüvvəyə minməsindən əvvəl verilmiş bu cür bütün vizalar göstərilən müddət üçün etibarlı qalacaqdır.
Bundan əlavə, aprel ayına qədər viza üçün müraciət edən investorlar və ya onların qohumları müraciət günü qüvvədə olan qaydalara uyğun olaraq qərar qəbul edə biləcəklər.
İspaniyada ən çox yayılmış investisiya variantı ən azı 500 min avro dəyərində əmlak almaqdır. Ayrıca, bu ölkəyə “qızıl viza” almaq üçün bir milyon avro və ya daha çox ispan şirkətlərinin səhmlərinə və ya iki milyon və ya daha çox dövlət qiymətli kağızlarına investisiya eetmək mümkündür.
Günay