Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

  • By Günel
  • 04 Yanvar 2025 20:23

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarə etmədən çıxaraq aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info