Vahid Əhmədovun prokurorluqdan çıxarılan oğlu hakim olacaq

  • By admin
  • 07 Aprel 2025 11:28
Bir müddət əvvəl Qaradağ Rayonunun prokuroru vəzifəsindən azad edilən Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunacaq.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə modern.az saytı yazıb.
Bildirilir ki,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünki iclasında Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi barədə təqdimata baxılacaq.
Qeyd edək ki, Zəfər Əhmədov sabiq deputat Vahid Əhmədovun oğludur. O, bundan əvvəl prokurorluqda çalışıb.
Afət 
Gununsesi.info