İsrail hərbçiləri İordan çayının qərb sahilində ABŞ fələstinli uşağı öldürüb

  • By Admin2
  • 07 Aprel 2025 10:51

İsrail işğal altındakı İordan çayının qərb sahilində ABŞ vətəndaşı olan 14 yaşlı fələstinlini “daş atdığı” üçün güllələyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Turmus Ayya bölgəsində Amerika vətəndaşlığı olan bir gənc fələstinlini öldürdüyü bildirilir.

İsrail ordusu hadisə ilə bağlı verdiyi açıqlamada, “Mülki əhalini təhlükəyə atan ‘terrorçu’nu daş ataraq öldürdüklərini” iddia edib.

Turmus Ayya Bələdiyyə Başçısı Edib Lafi dünən Reuters xəbər agentliyinə bildirib ki, 14 yaşlı Ömər Mohammad Rabea və digər iki gənc İsrailli qeyri-qanuni məskunlaşan tərəfindən vurulub.

İsrail qüvvələri tərəfindən nəzarətə alınan bir fələstinlinin öldüyü açıqlanıb. Lakin Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada hadisə İsrail qüvvələrinin qəsəbəyə basqın zamanı həyata keçirdiyi “məhkəmədən kənar qətl” kimi qiymətləndirilib və bunun İsrailə qarşı “davam edən cəzasızlığın” davamı olduğu bildirilib.

Orxan

Gununsesi.info