
Londonda çalışan italyan alim Alessandro Coattinin cəsədi çamadanda parçalanmış halda tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, gənc alimin cəsədi olan çamadanın Karib dənizinin Santa Marta şəhəri yaxınlığındakı dərəyə atıldığı bildirilir.
Polis Alessandro Coattinin əllərinin, ayaqlarının və başının tapıldığını, lakin bədəninin digər hissələrinin hələ də tapılmadığını açıqlayıb.
Santa Marta Bələdiyyə Başçısı Karlos Pinedo Kuello qatilləri tutmağa kömək edənlərə pul mükafatı veriləcəyini açıqlayıb.
Cuello deyib: “Bu cinayət cəzasız qalmayacaq. Biz ədalət bərqərar olana qədər qatilləri axtaracağıq”.
Bölgəyə tətil üçün gəldiyi düşünülən Alessandro Coattinin şəxsiyyəti bədənində tapılan otel qolbağı sayəsində müəyyən edilib.
Alessandro Coattinin işi xüsusilə heyvan hüquqları və biotibbi innovasiyalara yönəlmişdir. 2017-ci ildən Kral Biologiya Cəmiyyətində çalışan gənc alimin əvvəllər London Universitet Kollecində nevrologiya sahəsində aspiranturada tədqiqat apardığı müəyyən edilib.
Orxan