
NATO sammiti ərəfəsində Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya hərbi yardım göstərmək üçün 2024-cü il üçün əlavə 4 milyard avro istəyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.
Nəşrin məlumatına görə, Pistorius Almaniyanın maliyyə naziri Kristian Lindnerdən əlavə vəsait istəyib.
Çünki hazırkı federal büdcədə Ukraynaya dəstək üçün ayrılan 7 milyard avronun böyük hissəsi xərclənib və ya müqavilələrə bağlanıb.
Bildirilir ki, 2024-cü ilin ikinci yarısı üçün yeni silah tədarükü üçün 200 min avrodan bir qədər az qalıb.
Pistorius Lindnerə qeyri-rəsmi məlumat verib ki, 2024-cü ilin ikinci yarısında Ukrayna qoşunlarına hərbi yardım daha 4 milyard avro artırılmalıdır.
“Der Spiegel” yazır ki, müdafiə naziri alınan vəsaiti 2024-cü ildə Ukraynaya daha çox döyüş sursatı, ehtiyat hissələri və bəlkə də “Leopard 1A” tanklarının çatdırılması üçün istifadə etməyi gözləyir.
Şəbnəm
Gununsesi.info