
Almaniya kansleri Olaf Şolts Vaşinqtonda keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl ABŞ prezidenti Co Baydenin fiziki vəziyyətindən narahat olmadığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şoltsdan Baydenin sammit öncəsi vəziyyətindən narahat olub-olmadığı sualına o, belə cavab verib:“Xeyr, mənim belə bir narahatlığım yoxdur. ABŞ prezidenti ilə keçirdiyim çoxsaylı söhbətlərdən mən bilirəm ki, o, bizimlə birlikdə bu sammitə çox yaxşı və çox aydın şəkildə hazırlaşıb”.
NATO-ya üzv ölkələrin iclası ərəfəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Baydenin NATO sammitindən sonra mətbuat konfransına hazırlığından danışıb.
Onun sözlərinə görə, Amerika lideri digər beynəlxalq tədbirlərdən əvvəl olduğu kimi “ev tapşırığını edir”.
Afət
Gununsesi.info