
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar 10 iyul saat 11:00-da Mərkəzi Seçki Kimissiyasının (MSK) inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçiriləcək.
Qurumun mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, tədbirdə MSK sədri ilə yanaşı, müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak və çıxış edəcək.
İştirak üçün media nümayəndələri saat 10:30-da MSK-nın inzibati binasında olması zəruridir.
Gununsesi.info