Bataqlığa düşən məktəblinin meyiti tapıldı

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, Bağırov Elçin Elman oğlu bataqlıq ərazidən çıxarılıb.

O at belində mal-qara axtararkən bataqlığa düşüb.

Onun axtarışlarına FHN-nin briqadaları, Niyazabad kənd sakinləri cəlb olunub.

Su hövzəsi boşaldıqdan sonra meyiti tapmaq mümkün olub.

 

 

Gununsesi.info