Vilayət Eyvazov daha 19 nəfər müharibə veteranını polisdə xidmətə götürüb

  • By admin
  • 26 İyun 2024 10:01
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Oğuz rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, qəbulda 224 vətəndaş dinlənilib.
“Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 88 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19-u Vətən müharibəsi iştirakçısıdır” deyə məlumatda qeyd olunub.
Onu da xatırladaq ki, 44 günlük Vətən Müharibəsində iştirakçı olan yüzlərlə gənc DİN sıralarında xidmətə götürülüb.
Elmar
Gununsesi.info