Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib

  • By ilhame
  • 09 İyun 2024 15:34

Azərbaycan idmançısı İtaliyanın paytaxtı Romada keçirilən atletika üzrə Avropa çempionatında final mərhələsinə yüksəlib.

 

Gununsesi.info xəbər verir ki, ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan təsnifat mərhələsində 68.80 metrə bərabər göstərici ilə bu uğura imza atıb.

 

Qeyd edək ki, həlledici mərhələyə vəsiqə qazanan idmançılar arasında qaliblər iyunun 10-da bəlli olacaq.

Gununsesi.info