
Müdafiə naziri Katz Yəməndəki husilərlə bağlı açıqlamasında İsrailin “Beyrut, Qəzza, Dəməşq və Yəməndə etdiklərini Tehranda da edə biləcəyini” müdafiə etdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərlə bağlı paylaşımında İrana hücumla hədələyib.
Haaretz qəzetinin məlumatına görə, Katz husilərin İsrailə hücumlarını davam etdirəcəyi təqdirdə Tehran hökumətini İrana hücumla hədələyib.
Husilər şənbə günü Təl-Əvivin Ben Qurion hava limanı yaxınlığında raket hücumu həyata keçirib, İsrail isə bir neçə gün sonra Yəmənin paytaxtı Sənadakı hava limanını vurub. ABŞ husilərlə atəşkəs əldə edildiyini açıqlasa da, husilər İsrailin bu atəşkəsə daxil olmadığını bildiriblər.
Orxan