
Pakistanın baş naziri Şərif prezident Ərdoğanla telefon danışığında Pakistana verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Hindistan və Pakistan arasında gərginlik davam edir.
Pakistanın Baş naziri Şahbaz Şərif telefon danışığında Türkiyənin Pakistana verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Şərif X sosial media platformasında Ərdoğanla telefon danışığı ilə bağlı açıqlama verib.
Türkiyənin Pakistana verdiyi dəstəyə görə təşəkkürünü bildirən Şərif toqquşmalarda həyatını itirən pakistanlılar üçün dua edən türk vətəndaşlarını təqdir etdiyini bildirib.
Şərif, prezident Ərdoğana sahədəki son hərbi vəziyyətlə bağlı məlumat verdiyini açıqlayıb və “Pakistan Türkiyənin Cənubi Asiyada gərginliyi azaltmaq və sülhü qorumaq üçün göstərdiyi səylərə görə minnətdardır” deyib.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən dünən edilən açıqlamaya görə, Şəriflə prezident Ərdoğan arasında baş tutan telefon danışığında Hindistan və Pakistan arasında yaşanan gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və mövcud inkişaflar müzakirə edilib.
Türkiyənin bu prosesdə Pakistanın soyuqqanlı və mötədil siyasətini dəstəklədiyini və Cammu və Kəşmirdəki terror aktı ilə bağlı tərəfsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirən Ərdoğan, Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam edəcəyini bildirib.
Orxan