
İstanbul bələdiyyə başqanı, CHP-nin prezidentliyə namizədi olan Əkrəm İmamoğlunun X hesabına girişi bağlanılıb.
Gununsesi.info xəbərinə görə, bu qadağanın birbaşa olaraq Elon Musk tərəfindən qoyulduğu bildirilir.
İmamoğlunun sosial media hesabına girişi bloklamaq qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna (BTK) və sosial media platforması X-ə çatdırılıb.
Qərarla Əkrəm İmamoğlunun sosial media hesabı Türkiyə sərhədləri daxilində bloklanıb.
Birmənalı qarşılanmayan bu məsələdən sonra həm Muska, həm də Ərdoğana olan etiraz dalğası bir daha böyüyüb.
Belə ki, türklər X platformasını boykot etməyə çağırıb.
O cümlədən İmamoğlunu həbslə susdurula bilmədiyindən sonra, rəqəmsal olaraq da zərərsizləşdirilməyə çalışıldığı bildirilir.