
Türkiyənin Vaşinqtondakı səfirliyində sürücü işləyən şəxsin oğlu güllələnərək öldürülüb.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, 28 Kaan Dəmir sevgilisini evdə düşürüb və park etdiyi maşınına qayıdarkən güllələnib.
Həyatını itirən Kaan Dəmirin qardaşı Eren Dəmir baş verənləri Washington Post qəzetinə danışıb.
Vaşinqton Post qəzetinə danışan Eren Dəmir bildirib ki, sevgilisini bazar günü Vaşinqtonun şimal-qərbindəki Takoma bölgəsindəki evinə buraxan Kaan Dəmir maşınına qayıdarkən hücuma məruz qalıb.
Kaan Dəmirin Virciniya ştatında yaşadığını və IT sahəsində çalışdığını deyən Eren Dəmir hücum günü qardaşının sevgilisinin evind’n qayıdarkən öldürüldüyünü deyir.
O, qeyd edir ki, həmən anda bir avtomobil dayandı və ona hücum edildi.
Eren Dəmir bildirib ki, qardaşından və maşınından heç nə götürülməyib.
Hadisə ilə bağlı araşdırma başlanarkən, polis maskalı iki təcavüzkarın avtomobillə qaçdığını bildirib.
Gununsesi.info