Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi - FOTO

  • By Günel
  • 21 Fevral 2025 21:13

ABŞ prezidentlərinin iqamətgahı kimi tanınan Oval Ofisin tarixi masası dəyişdirilib.

Gununsesi.info bildirir ki, Teleqraf “Associated Press”ə istinadən xəbər verir ki, 1850-ci illərdə İngilis Kral Donanmasının “HMS Resolute” adlı gəmisindən götürülmüş taxtadan hazırlanmış masa “C&O” adlı başqa bir masa ilə əvəz edilib.

“Resolute” 1880-ci ildə Kraliça Viktoriya tərəfindən ABŞ prezidenti Ruterford Hayesə hədiyyə olaraq göndərilmişdi.

O da məlumdur ki, “Resolute”un yerinə qoyulan “C&O” adlı yazı masası əvvəllər Corc Buş və digər ABŞ prezidentləri tərəfindən də istifadə edilib.

ABŞ prezidentləri tarix boyu 6 fərqli masadan istifadə edib. Corc Volker Buşdan başqa son 50 ildə bütün prezidentlər “Resolute”a üstünlük veriblər.