Sevda buna görə 15 ildir maşın sürmür

Müğənni Sevda Yahyayeva 15 ildir avtomobil idarə etmir.

Gununsesi.info xəbər verir ki, bu haqda sənətçi “Afaqla onlar” verilişində deyib. Sevda bildirib ki, buna səbəb onun əsəbi olmasıdır:

“Özündən tez çıxan, əsəbiləşən biriyəm. 15 ildir maşın sürmürəm. Əvvəl maşın sürəndə stressdə olanda sağımı, solumu itirirdim. Ona görə də yaxşı ki, maşın sürmürəm”.

Sevda 15 ildir sürücü ilə hər yerə getdiyini deyib.

 

Gununsesi.info