Husilər Yunanıstan gəmisini raketlərlə vurub

Yəmən husiləri Qırmızı dənizdə Yunanıstana məxsus yük gəmisinə raketlərlə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “Twitter” hesabında dərc etdiyi hesabatda deyilib.

Məlumata əsasən Marşal adaları bayrağı altında üzən gəmi zədələnsə də, hərəkətini davam etdirib.

Bildirilir ki insident mayın 28-də yerli vaxtla saat 12:05-13:40 arasında baş verib.

Qeyd olunur ki, husi yaraqlıları Yəmənin ərazilərindən Qırmızı dənizə doğru beş gəmi əleyhinə ballistik raket atıblar.

Məlumata əsasən eyni zamanda həmin günün səhəri və axşam saatları arasında ABŞ qüvvələri (USCENTCOM) Yəməndə husilərin nəzarətində olan ərazidən Qırmızı dəniz üzərindən atılan 5 pilotsuz uçuş sistemini məhv edib.

Bildirilib ki, sistemlər bölgədəki ticarət gəmiləri üçün birbaşa təhlükə yardır.

Bəyanatda həmçinin bildirilir ki, gəmiçiliyi qorumaq və beynəlxalq suları ABŞ, koalisiya və ticarət gəmiləri üçün daha təhlükəsiz etmə” üçün bu cür hava hədəflərini vurmaq üçün tədbirlər görülür.

 

 

Afət

Gununsesi.info