
Serbiya parlamentində qarşıdurma yaşanıb.
Gununsesi.info xəbər verir ki, parlamentin müxalifət partiyalarının üzvləri iclas zalında rəngli tüstü bombaları atıblar.
Onlar Serbiya prezidenti Aleksandr Vuçiçin devrilməsinə çağıran pankart açıb və iclasını pozmağa cəhd ediblər. Həmçinin arlament binası qarşısında tələbələrin etiraz aksiyaları keçirilir.
Martın 4-də Serbiya parlamentində yaz sessiyasının ilk iclası keçirilib. İclasların gündəliyinə 62 məsələ daxil edilib.
TMüxalifətçi deputat Radomir Lazoviç növbədənkənar kürsüyə qalxıb, ona mane olmağa çalışıblar və bu zaman dava düşüb.
Zalda tüstü bombaları yandırılıb və müxalifətin hərəkətlərinə cavab olaraq hakim Serb Tərəqqi Partiyasından olan deputatlar ölkənin dövlət bayraqlarını açıblar.
Toqquşma zamanı üç deputat yaralanıb: 63 yaşlı Jasmina Obradovic insult keçirib və xəstəxanaya yerləşdirilib, Jasmina Karanak başından partlayan qumbaradan yaralanıb, hamilə deputat Sonya İliç də xəstəxanaya aparılıb.