
Birləşmiş Ştatlar Yaxın Şərqə üçüncü döyüş təyyarələri eskadrilyasını yerləşdirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı bildirib.
Bildirilib ki, Yaxın Şərqdəki qarşıdurma fonunda İsrailin təhlükəsizliyi üçün bölgəyə F-15E Strike Eagle döyüş təyyarələri gəlib.
İsrailin Livan Hizbullahının lideri Həsən Nəsrullahı öldürməsindən sonra Bayden administrasiyası bölgədə hava qüvvələrinin artırılması barədə göstəriş verib.
Qeyd edilir ki, New Strike Eagles, Aydahodakı Mountain Home Hava Qüvvələri Bazasından Yaxın Şərqə yerləşdirilib.