84 yaşında ata olan Al Paçinodan “bütün həyatım dəyişdi” açıqlaması - FOTOLAR

  • By Günel
  • 10 Oktyabr 2024 21:50

Oskar mükafatlı 84 yaşlı aktyor Al Paçino ötən ilin iyununda dördüncü dəfə ata olub. “People” jurnalına danışan məşhur aktyor atalıq təcrübəsindən və bunun ona daha yaxşı insan olmasına necə kömək etdiyindən danışıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Paçino Roman adlı 4 cü övladı dünyaya gəldikdən bir il sonra valideyn olmağın sevincindən danışıb.

83 yaşında baba olan Al Pacino'dan "tüm hayatım değişti" açıklaması - 2

Onun 23 yaşlı əkizləri Anton və Olivia aktyor Beverli Danjelodan, 34 yaşlı qızı Culi isə Yan Tarrantdandır.

83 yaşında baba olan Al Pacino'dan "tüm hayatım değişti" açıklaması - 7

“Xaç atası” filminin ulduzuna görə atalıq onu həyatı boyu motivasiya edən bir şey olub.

83 yaşında baba olan Al Pacino'dan "tüm hayatım değişti" açıklaması - 3

Al Paçino “New York Times” qəzetinə verdiyi müsahibədə 16 aylıq oğlu Romanla olan münasibəti ilə bağlı önəmli detallardan danışıb.

Xatirə kitabının sonundakı bölmələrdə Romanın böyüdüyünü və dünyanı daha yaxşı anlamağa başladığını bildirib. Paçino oğlunun bir gün oxuya bilməsi üçün hekayəsini yazmaq istədiyini ifadə edib.

83 yaşında baba olan Al Pacino'dan "tüm hayatım değişti" açıklaması - 4

Paçino Romanın anası Noor Alfallahla rəsmi olaraq ayrıldığını təsdiqləsə də, aralarındakı münasibətin dostluq səviyyəsində olduğunu qeyd edib. İkiliyə yaxın mənbə Paçino və Alfallahın illərdir yaxşı dost olduqlarını və oğullarını Romanı birlikdə böyütdüklərini açıqlayıb.

83 yaşında baba olan Al Pacino'dan "tüm hayatım değişti" açıklaması - 5

 

Günel Həsənova

Gununsesi.info