Şotland kişiləri nə üçün “yupka” geyinirlər?

Əgər siz Şotlandiyada hansısa kişidən nə üçün ətək geyindiyini soruşsanız, bu, mübahisə səbəbi ola bilər.

Bəs onlar üçün ətək geyinlər?

Gununsesi.info xəbər verir ki, bu geyim, şotlandların milli geyimi sayılan “Kilt”dir, bildiyimiz “yupka” yox.

Bu geyim onların mədəniyyətinin, qürurunun, tarixinin simvoludur.

Beləki, “Kilt”in tarixi 16-cı əsrə aiddir.

Kilt əvvəlcə bədənə sarılan, çiyinə atılan və 5 metr olan qalın, yun parça idi. O, həm geyim, həm də yorğan kimi istifadə olunurdu.

Onların üzərindəki xarakterik naxışın adı isə “Tartan”dır və hər nəslin özünəməxsus naxışı var.

Bu naxışlar kimin hansı ailədən olduğunu müəyyən etmək üçün idi.

Bir sözlə, “Kilt” şotlandların “passport”u idi.

Lakin 18-ci əsrdə hər şey dəyişdi. 1745-ci ildə “Yakobit” üsyanından sonra, şotlandlar məğlub olduqda, ingilislər Şotland dağlılarının ruhunu qırmaq üçün “Kilt” geyinməyi qadağan etdilər.

Bu qadağa isə 40 ilə yaxın davam etdi.

Daha sonra o, müqavimətin və milli kimliyin simvoluna çevrildi. Qadağadan sonra o, ətək formasında oldu və onu rəsmi tədbirlər, bayramlarda geyinməyə başladılar.

Orxan Saffari
Gununsesi.info