
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin tərkibində olan “İdman” kanalına yeni rəhbər təyin olunub.
Gununsesi.info Konkret.az-a istinadən xəbər verir ki, bu vəzifəyə “Mədəniyyət” kanalının rejissoru işləyən Zaur Zeynal gətirilib.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli işdən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.
Gununsesi.info