İran Səudiyyə Ərəbistanını hədələyir

İran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni bu ölkələr İsrailə İrana qarşı cavab tədbirlərinə kömək edəcəyi təqdirdə onları müharibə ilə hədələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Körfəz ölkələrinin ABŞ-ı xəbərdar etdikdən sonra İsrailin öz hava məkanından istifadə etməsinə icazə vermədiyi iddia edilir.

Bu həftəki görüşlər zamanı İran rəsmiləri Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, İsrailə hücumda kömək etsə, Ər-Riyadın neft obyektlərinin təhlükəsizliyinə “zəmanət verilə bilməz”.

Qeyd olunur ki, krallığın hakimiyyət orqanlarına belə bir qərarın nəticələri ilə bağlı “aydın siqnal” göndərilib.

“İranlılar dedilər ki, “Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı olacaq”, – deyə Səudiyyəli analitik Əli Şihabi bildirib.

Bundan əvvəl İsrail Təhlükəsizlik Kabinetinin İranın hücumuna cavab tədbirləri ilə bağlı qərar qəbul etmək üçün iclas keçirəcəyi məlum olub.

Adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, səsvermə planlaşdırılır.

 

 

Gununsesi.info