Ucarda minik avtomobili mikroavtobusla toqquşub - FOTOLAR

  • By Günel
  • 10 Oktyabr 2024 21:18

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info – nun APA -ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elgün İsmayıl oğlu İsmayılzadəyə məxsus “Chevrolet Cruze” markalı minik avtomobili ilə Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Müslümov Qiyas Müslüm oğluna məxsus “Ford” markalı mikroavtobus toqquşub.

Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info